“Qarabağ” Kadi Borgesin transferini açıqlayıb

"Qarabağ" komandası sabiq futbolçusu Kadi Borgesi geri qaytarıb.

SİA xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi Macarıstanın "Ferensvaroş" klubundan transfer olunub. 26 yaşlı oyunçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilin yanvarınadək "Qarabağ"ın formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə