“Beşiktaş” onu icarəyə verdi

"Beşiktaş”ın liviyalı yarımmüdafiəçisi Moatasem Əl-Musrati “Monako”ya keçib. SİA xəbər verir ki, o, mövsümün onuna qədər Fransa nəhəngində icarədə olacaq. Bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu karyerasının böyük hissəsini “Braqa”da keçirib və 151 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə edib. Bu mövsüm Əl-Musrati 25 oyun keçirib və 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə