Futbol üzrə Türkiyə Superliqasının XXI turunda daha bir oyun keçirilib. SİA xəbər verir ki, "Fənərbağça" doğma meydanda "Göztəpə"ni qəbul edib. Şükrü Saracoğlu stadionunda təşkil olunan görüş İstanbul nəhənginin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində qolları 46, 53-cü dəqiqələrdə Yusif Əl-Nesyri, 56-cı dəqiqədə Oğuz Aydın vurulublar. Qonaqlarda isə 25-ci dəqiqədə Cuan, 82-ci dəqiqədə Miroşi fərqlənib. Bu nəticədən sonra "sarı-lacivərdlilər" 48 xalla ikinci, "Göztəpə" 34 xalla beşinci sırada qərarlaşıb. Turnir cədvəlinə 54 xalla "Qalatasaray" başçılıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə