Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub - FOTOLAR

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov bu yarışda fərqlənən idmançıların gələcəkdə təşkil olunacaq beynəlxalq turnirlərə qatılmaq imkanı qazanacaqlarını bildirib. O, dövlətin hər zaman idmana qayğı göstərdiyini vurğulayıb.

Azərbaycanda ağırlıqqaldırma idman növünün inkişafında müstəsna xidmətləri olan Əməkdar məşqçi Vaqif Hüseynova AAF tərəfindən 80 illik yubileyi münasibətilə ilə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ölkə çempionatına yanvarın 26-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə