Azərbaycan çempionatının növbəti oyunları baş tutacaq

Bu gün kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatının növbəti oyunları keçiriləcək. SİA xəbər verir ki, IX turda qadınların mübarizəsində “Azəryol” “Qarabağ”ı sınağa çəkəcək.

Qarşılaşma saat 11:00-da baş tutacaq.

Kişilər arasında isə XI turda "Bakı" "Kür" komandası ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 13:00-da səslənəcək.

Qeyd edək ki, hər iki görüş “AHF Arena”da reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə