“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb. Klubdan SİA-ya verilən məlumata görə, bölgə təmsilçisi yarımmüdafiəçi Andrey-Kostin Tirkovaneunu heyətinə qatıb. Rumıniyalı futbolçu ilə il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu Kanadanın “Pasifik”i olub.
Bütün xəbərlər Facebook səhifəmizdə