NTD iki basketbolçunun transferini reallaşdırıb. Bakı klubunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, amerikalı Detrek Brauninq və Tayri Boykinlə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
29 yaşlı D.Brauninq son olaraq Polşa liqasında oynayan "Zastal" klubunun şərəfini qoruyub. 26-yaşlı T.Boykinin isə Gürcüstan təmsilçisi TSU-da çıxış edib.
Qeyd edək ki, klub bu gün Kvinton Kempbell ilə də müqavilə imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə