Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2025-ci il yanvarın 1-nə olan reytinq cədvəlini açıqlayıb. SİA xəbər verir ki, siyahının ilk pilləsində 500 xalla bədii gimnastika üzrə qrup hərəkətləri komandası yer alıb.
Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov 390 xalla ikinci, atlet Anna Skidan (çəkicatma) 315 xalla üçüncüdür.
Cüdo üzrə digər Olimpiya çempionu Zelim Kotsoyev (310 xal) ilk "üçlüy"ü tərk edərək, 4-cü sıraya geriləyib.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
Bütün xəbərlər Facebook səhifəmizdə