Azərbaycan klubu amerikalı basketbolçu ilə vidalaşıb

“Lənkəran” basketbol komandasında ayrılıq reallaşıb. SİA xəbər verir ki, cənub təmsilçisi ABŞ-dan olan oyunçu Filmon Qebriyit ilə vidalaşıb. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Basketbolçu bu mövsümün əvvəlində “Lənkəran”a keçmişdi.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının B qrupunda yer alan “Lənkəran” 7 xalla sonuncu – altıncı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə