“İnter Mayami”nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının sonuna qədər komanda ilə yeni müqavilə imzalamağa yaxındır. SİA xəbər verir ki, tərəflər arasındakı hazırkı müqavilə 2025-ci ilin dekabrına qədər qüvvədədir. Bu barədə jurnalist Qaston Edul “X” sosial şəbəkəsində məlumat verib. Edul əlavə edir ki, tərəflər müqaviləni uzatmağa yaxındırlar. 37 yaşlı Messi 2023-cü ilin yayında azad agent kimi Amerika klubunun oyunçusu olub. “İnter Mayami”də keçirdiyi 39 matçda argentinalı 34 qol vurub, 18 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə