Azərbaycan klubu türkiyəli voleybolçu ilə anlaşıb

Kişi voleybolçulardan ibarət “Xilasedici” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

SİA xəbər verir ki, Bakı təmsilçisi türkiyəli voleybolçu Sərhat Coşqunla anlaşıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

S.Coşqun son olaraq ölkəsinin “Cizrə Bələdiyəspor” komandasında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə