Avropa Liqası: “Fənərbağça” uduzub, “Ayaks” 5 cavabsız qolla qalib gəlib
Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasında növbəti oyununa çıxıb. SİA xəbər verir ki, İstanbul klubu Niderlandda "AZ Alkmaar"ın qonağı olub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların yeganə qolunu 70-ci dəqiqədə Yussef En-Nesiri vurub. Hücumçu qoldan 8 dəqiqə öncə isə penaltini dəqiq yerinə yetirə bilməyib.
Gecənin digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
Avropa Liqası
Liqa mərhələsi, IV tur
8 noyabr
00:00. "Ayaks" (Niderland) – "Makkabi" (Təl–Əviv, İsrai) - 5:0
00:00. "AZ Alkmaar" (Niderland) – "Fənərbağça" (Türkiyə) - 3:1
00:00. "Dinamo" (Kiyev, Ukrayna) – "Ferentsvaroş" (Macarıstan) - 0:4
00:00. "Hoffenhaym" (Almaniya) – "Lion" (Fransa) - 1:1.
00:00. "Latsio" (İtaliya) – "Portu" (Portuqaliya) - 2:1
00:00. "Mançester Yunayted" (İngiltərə) – PAOK (Yunanıstan) - 2:0
00:00. "Viktoriya" (Plzen, Çexiya) – "Real Soseydad" (İspaniya) - 2:1
00:00. RFS (Latviya) – "Anderlext" (Belçika) - 0:1.
Bütün xəbərlər Facebook səhifəmizdə