Velosipedçimiz Balkan çempionatında gümüş medal qazanıb

Azərbaycan velosipedçisi Viktoriya Sidoronko Bolqarıstanın Plovdiv şəhərində keçirilən I Balkan çempionatında gümüş medal qazanıb. SİA xəbər verir ki, təmsilçimiz sprint yarışlarında uğurlu çıxış edərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, ötən gün digər velosipedçimiz Tural İsrafilov skretç növündə gümüş medala yiyələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə