Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının Qətərin paytaxtı Dohada keçirilən 85-ci Hesabat-seçki Konqresində qurumun bədii gimnastika üzrə Texniki Komitəsinə yenidən üzv seçilib. SİA-nın məlumatına görə, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 49 yaşlı beynəlxalq dərəcəli hakim daha əvvəl də Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsində yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB