AGF rəsmisi Texniki Komitəyə üzv seçilib - FOTO

25 Oktyabr 2024 13:35 (UTC+04:00)

Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının Qətərin paytaxtı Dohada keçirilən 85-ci Hesabat-seçki Konqresində qurumun bədii gimnastika üzrə Texniki Komitəsinə yenidən üzv seçilib. SİA-nın məlumatına görə, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 49 yaşlı beynəlxalq dərəcəli hakim daha əvvəl də Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsində yer alıb.