Azərbaycan gimnastları Sankt-Peterburqda 4 medal qazanıblar - FOTOLAR

Azərbaycan təmsilçiləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə “Dobrovolskiy” kubokunda 4 medal qazanıblar. Azərbaycan Gimnastika Federasiyasından SİA-ya verilən məlumata görə, tamblinq proqramında Mixail Malkin bütün rəqiblərini üstələyib.

Adil Hacızadə və Aleksey Karataşov isə gümüş medal qazanıb.

Batut gimnastikasında sinxron proqram üzrə Ammar Baxşalıyev - Əli Niftalıyev cütlüyü bürünc medal əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə