“Qalatasaray” və “Beşiktaş”ın sabiq voleybolçusu Azərbaycan klubuna keçib

“Abşeron” komandası heyətini daha bir voleybolçu ilə gücləndirib. SİA xəbər verir ki, Bakı klubu “Beşiktaş”dan ayrılan Ecem Akmanı transfer edib. Türkiyəli voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

E.Akman karyerası ərzində 2011-2013-cü illər mövsümündə “Qalatasaray”ın da formasını geyinib.

Qeyd edək ki, “Abşeron” daha əvvəl Katerina Jidkova, Anastasiya Mertsalova, Mariya Çiçiç, Şerilim Başorun, Yelizaveta Tyamuşeva, Natalya Solovyova və Nikolina Başnakovanı heyətinə cəlb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə