"Əksər bəylər qadının məşq geyimində başqa kişiyə görünməsini istəmir" - MƏŞQÇİ DANIŞDI

"Əksər bəylər qadının məşq geyimində başqa kişiyə görünməsini istəmir" - MƏŞQÇİ DANIŞDI

Məlumdur ki, bu gün bir çox fitnes zallarında kişi və qadınlar birlikdə məşq edir. Yaxud qadınları kişi treynerlər öyrədir. Bu da bir çoxları arasında narazılığa səbəb olur. Əsasən də münaqişələr yaranır. Bəs, bu məsələ necə tənzimlənməlidir? Ümumiyyətlə, kişilərlə qadınların eyni zalda məşq etməsi düzgündür? SİA mövzu ilə bağlı fitness məşqçi Səmrah Hüseynovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, Azərbaycanda zalların 90 faizində ya qadın- kişi günləri olur, ya da qadın zalı ilə kişi zalı ayrı olur: "Bu bir çox ölkədə belə olmasa da bizdə belədir. Azərbaycanda hələ qadın və kişinin birlikdə məşq etməyi sistem olaraq tam oturmayıb. Hal- hazırda bir çox zallarda bir ümumi zal, bir də sırf qadınlar üçün zal var. Bəzi zallarda isə həftənin müəyyən günləri qadınlar, müəyyən günləri də kişilər olur.

Mən çalışdığım mühitdə isə qadın və kişilərin birgə məşq etməsində hələ heç bir problem yaşanmayıb. Sadəcə insanların buna alışması üçün vaxt lazımdır. Əsasən də kişilər bu barədə qısqanclıq edir və ətrafında olan qadınların kişi zalında məşq etməyini istəmirlər. Onlar nişanlılarının, bacılarının ümumi zala getməyinin tərəfdarı deyillər. Bu xanımlar üçün problem deyil. Onlara əngəl olan kişilərdir. Burada zalın kontingenti də çox önəmli rol daşıyır. Düşünürəm digər problem də geyimdir. Bəylərin bir çoxu qadının məşq geyimində başqa kişiyə görünməsini istəmir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə