Azərbaycan V Dünya Köçəri Oyunlarında 54 idmançı ilə təmsil olunacaq - FOTOLAR

Sentyabrın 8-dən 13-dək Qazaxıstanın Astana şəhərində V Dünya Köçəri Oyunları keçiriləcək. SİA xəbər verir ki, yarışlarda Azərbaycan 8 növ - qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma üzrə 54 idmançı ilə təmsil olunacaq. Azərbaycan nümayəndə heyəti və idmançılar bu məqsədlə sözügedən ölkəyə yola düşüblər.

Qeyd edək ki, Dünya Köçəri Oyunlarında 89 ölkədən 3 minə yaxın idmançı iştirak edəcək. Turnirdə 21 növ üzrə 97 dəst medal öz sahibini tapacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə