"Şəki" basketbol klubu Azərbaycan millisinin üzvünü transfer edib

"Şəki" basketbol klubu Azərbaycan millisinin üzvü Ercan Donatı transfer edib. SİA-nın əldə etdiyi məlumata görə, 24 yaşlı türk əsilli oyunçu yeni mövsümdən etibarən bölgə təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, "Şəki" Azərbaycan Basketbol Liqasının 2024/2025 mövsümünə yeni baş məşqçi Bedri Meriçin rəhbərliyi altında hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə