"Fiorentina" "Fənərbaxça"nın təklifini rədd etdi

"Fiorentina" "Fənərbaxça"nın təklifini rədd etdi

Fabrizio Romano "Fənərbaxça"nın Sofyan Amrabat üçün "Fiorentina"ya etdiyi ilk təklifin rədd edildiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı jurnalist sarı-göylü komandanın 2 milyon avro icarə haqqı və 12 milyon avro məcburi alış qiymətinin daxil olduğu son təklifinin "Fiorentina" tərəfindən qeyri-kafi olduğu üçün rədd edildiyini bildirib.

İki komanda orada danışıqlar apararkən, "Everton" da Amrabatla maraqlanmağa başlayıb. 28 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Mançester Yunayted”də keçirib. Yunayted opsion alış qiymətini ödəməyincə, oyunçu "Fiorentina"ya qayıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə