“Real Madrid” futbolçusunu icarəyə verib

“Real Madrid” futbolçusunu icarəyə verib

İspaniyanın “Real Madrid” komandası futbolçusu Mario Martini icarəyə verib. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçisi 2025-ci ilin yayınadək İspaniyanın digər təmsilçisi “Valyadolid”də çıxış edəcək.

Madridlilərin yetirməsi olan oyunçu ötən ilin yanvarında əsas komandada debüt edib. O, ümumilikdə 4 oyun keçirib.

Qeyd edək ki, “Valyadolid” İspaniya çempionatına “Espanyol” üzərində 1:0 hesablı qələbə ilə başlayıb. Kollektiv avqustun 25-də səfərdə “Real Madrid”lə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə