Konfrans Liqası: “Zirə” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq. SİA xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Nikosiyada Kiprin “Omoniya” kollektivi ilə qarşılaşacaq.
GSP stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək.
Komandalar arasında cavab matçı bir həftə sonra “Liv Bona Dea Arena”da oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB