Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq toplanışa qatılıblar

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq toplanışa qatılıblar

Azərbaycanın stolüstü tennisçiləri Xədicə Babazadə və Vaqif Babayev Avropa Stolüstü Tennis İttifaqının beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər. Azərbaycan Stolüstü Tennis Federasiyasından SİA-ya verilən məlumata görə, Latviyanın paytaxtı Riqada təşkil olunan hazırlığa qitənin istedadlı yeniyetmə idmançıları dəvət alıblar.

“Prospektus – Eurotalents Selection Camp” seçim xarakteri daşıyan toplanış avqustun 10-dək davam edəcək. Burada fərqlənən stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşqlərə vəsiqə qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə