"Atletiko"nun hücumçusu Alvaro Morata "Milan"a keçir.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, ispaniyalı futbolçunun yaxın 24 saat ərzində yeni klubunda tibbi müayinədən keçəcəyini bildirib. 31 yaşlı futbolçunun transferi "Milan" üçün 13 milyon avroya başa gələcək.

Qeyd edək ki, İspaniya millisi ilə Avropa çempionu olan Moratanın Madrid klubu ilə 2026-cı ilin iyun ayına qədər müqaviləsi var idi. O, "Real", "Yuventus" və "Çelsi"də də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə