Azərbaycanın iki karateçisi beynəlxalq turnirdə fəxri kürsüyə qalxıb
Azərbaycanın iki karateçisi Qazaxıstanın Astana şəhərində keçirilən “Kazakhstan Open” turnirində fəxri kürsüyə qalxıb. Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən SİA-ya bildiriblər ki, 61 kiloqram çəki dərəcəsində çıxış edən Oksana Nakoneçna gənclərin yarışında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Böyüklərin yarışında da fərqlənməyi bacaran idmançı bu dəfə üçüncü yerin sahib olub.
76 kiloqramda mübarizə aparan Rəşid Süleymanov isə 16-17 yaş kateqoriyasında gümüş mükafata yiyələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB