Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Koreya Açıq Beynəlxalq Turnirində finala yüksəlib. Azərbaycan Milli Paralimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, 58 kiloqramda çıxış edən idmançı Çxunçxon şəhərində keçirilən yarışın 1/4 finalında braziliyalı, yarımfinalda isə Cənubi koreyalı rəqibini məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə