Millimizin üzvləri Dünya Reytinq Turnirində mübarizə aparacaqlar

Azərbaycanın parakamandan oxatma millisinin üzvləri Azadə Abdullayeva və Cahan Musayev Dünya Reytinq Turnirində mübarizə aparacaqlar. SİA xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Çexiyanın Nove Mesto şəhərində iyunun 22-də start götürən yarış 30-da yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə