"Qəbələ" İdman Klubunda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə "Qəbələ" İdman Klubunda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. ACF-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 100-ə yaxın cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib.

İmtahandan uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə