Azərbaycanın iki parapauerliftinqçisi Dünya Kubokunda iştirak edəcək

Azərbaycanın iki parapauerliftinqçisi Dünya Kubokunda iştirak edəcək

Azərbaycanın parapauerliftinq üzrə milli komandasının iki üzvü Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda iştirak edəcək. Milli Paralimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, yarışda Pərvin Məmmədov (49 kiloqram) və Ceyhun Mahmudov (54 kiloqram) qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu gün start götürən Dünya Kubokuna iyunun 26-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə