Azərbaycan millisi dünya çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycan millisi dünya çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycan millisi çövkən üzrə dünya çempionatında növbəti qələbəsini qazanıb. SİA xəbər verir ki, Binə Atçılıq Mərkəzində Malta ilə baş tutan görüşdə milli 5:0 hesablı qələbə qazanıb. Azərbaycan yığması iki turdan sonra mübarizə apardığı A qrupunda maksimum nəticə ilə liderdir.

Qeyd edək ki, yığma ilk görüşdə Qazaxıstanı 5:0 hesabı ilə məğlub edib. Komanda A qrupunda Türkiyə, Özbəkistan, Qazaxıstan və Malta ilə mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə