Xavi "Barselona"dan təzminat tələb edir

Xavi "Barselona"dan təzminat tələb edir

"Barselona"dan istefaya göndərilən baş məşqçi Xavi müqavilənin vaxtından əvvəl ləğv olunmasına görə klubndan təzminat istəyir.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 44 yaşlı mütəxəssis klubdan 2,5 milyon avro tələb edir. Çünki bu, onun özünün 2021-ci ildə "Barselona"ya rəhbərlik etmək üçün "Əl-Sədd"ə ödədiyi təzminat məbləğidir.

Xatırladaq ki, Xavinin Kataloniya təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulmuşdu. Mayın 24-də klub Xavi ilə yolları ayırmaq barədə qərara gəldiklərini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə