Azərbaycan Premyer Liqasında sonuncu tura vacib oyunlarla başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI tura start veriləcək. SİA-nın məlumatına görə, hər üç qarşılaşma eyni saatda başlayacaq.

Matçlar avrokuboklara vəsiqə baxımından əhəmiyyətli olacaq.

"Zirə" "Səbail"i, "Neftçi" "Sabah"ı, "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək.

Hazırda "Neftçi" 56 xalla ikinci pillədə qərarlaşıb. 55 xala malik olan "Zirə" və "Sabah" 3-4-cü yerləri bölüşdürürlər. "Sumqayıt" isə 54 xalla beşincidir. "Səbail" 42 xalla yeddinci, "Qəbələ" 26 xalla sonuncu-onuncu yerdədir.

25 may (şənbə)

19:00. “Zirə” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Zirə İdman Kompleksinin stadionu

19:00. “Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Neftçi Arena”

19:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura sabah keçiriləcək "Turan Tovuz" - "Kəpəz" və “Araz-Naxçıvan”– “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə