Avropa çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Bakıda keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

SİA xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada türkiyəli Mert İlbarsla üz-üzə gəlib.

Rəqibinə 1:2 hesabı ilə məğlub olan N. Quluzadə ikinci yerlə kifayətlənib.

Bu gün, həmçinin Qurban Qurbanov (82 kiloqram) final, Ruslan Nurullayev (72 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medal görüşündə qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan güləşçilərindən Ziya Babaşov (63 kiloqram) və Xasay Həsənli (77 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) və Laçın Vəliyev (87 kiloqram) bürünc mükafata yiyələniblər. Avropa çempionatı mayın 26-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə