UEFA Çempionlar Liqasının finalında keçiriləcək "Real" - "Borussiya" (Dortmund) matçına hakim təyinatları açıqlanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Final matçını Sloveniya Futbol Federasiyasından Slavko Vinçiç idarə edəcək. Vinçiçə yardımçıları həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç olacaq. Dördüncü hakim funksiyası isə fransalı Fransua Leteksierə həvalə edilib.
Qeyd edək ki, iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB