Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir

Azərbaycan Həndbol Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan birinciliyinin daha bir zona yarışına bu gün start veriləcək. SİA-nın məlumatına görə, Şirvan Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə yerli həndbolçularla yanaşı, Gəncə, Mingəçevir, Göygöl, Tovuz və Şəkini təmsil edən 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı qızlar mübarizə aparacaqlar.

Yarış saat 11:00-da başlayacaq.

Qalib komandalar iyunda Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə