Məşhur klub baş məşqçisi ilə yollarını ayırıb

"Union" klubu baş məşqçisi Nenad Byelitsa ilə yollarını ayırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 52 yaşlı mütəxəssisin artıq əvəzedicisi də müəyyənləşib. Komandaya Marko Qrot rəhbərlik edəcək. O, müvəqqəti olaraq "Union"un baş məşqçisi təyin olunub.

51 yaşlı mütəxəssis ötən il də bu vəzifəni icra edib.

Qeyd edək ki, "Union" hazırda Bundesliqada 30 xalla 15-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə