"Qəbələ" mövsümü sonuncu pillədə bitirəcək...

Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, "Qəbələ" doğma meydanda "Kəpəz"lə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 7-ci dəqiqədə Martins Junior vurub.

Bununla da 17 xalla sonuncu olan "Qəbələ"nin mövsümə 4 tur qalmış Premyer Liqanı tərk edəcəyi dəqiqləşib. "Kəpəz" isə qələbə sayəsində 34 xalla səkkizinci pilləyə yüksəlib.

Günün digər oyununda "Neftçi" doğma meydanda "Turan Tovuz"la qarşılaşır. Matç hazırda davam edir. Saat 20:00-da isə "Sumqayıt" və "Qarabağ" üz-üzə gələcək.

Turun açılış oyununda ötən gün "Sabah" "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə