Azərbaycan çempionatının qalibi bəlli olur

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşəcək. SİA-nın məlumatına görə, final matçında "Azərreyl"lə "Abşeron" üz-üzə gələcəklər.

Bakı İdman Sarayında reallaşacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Daha əvvəl “Murov Az Terminal” "Gəncə"ni 3:0 hesabı ilə üstələyərək bürünc medala sahib çıxıb.

Final görüşündən sonra kişi və qadın voleybolçuların mükafatlandırma və turnirin bağlanış mərasimi təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə