Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi keçirilib - FOTOLAR
Bu gün 5-7 aprel tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi keçirilib. SİA xəbər verir ki, açılış mərasimində ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edərək idmançılara uğurlar arzulayıblar.
Açılış mərasiminin bədii hissəsində isə "Talant şou" rəqs qrupunun çıxışı baş tutub.
Ardınca iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.
Daha sonra yunan-Roma güləşində yarımfinal mərhələsi başlayıb.
Xatırladaq ki, bu yarışda hər çəkidə 2 güləşçi Olimpiadaya vəsiqə qazanacaq.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB