Xavi ilə işləməyə hazırıq, amma...

..."Barselona"nın prezidenti Joan Laporta baş məşqçi Xavi Hernendezlə işləməyə davam etməyə hazır olduğunu bildirib. Amma bir şərtlə...

...Mövsümün sonunda danışmağa hazırıq. Qərar verdi, amma qərarlar bəzən dəyişir. Təsəvvür edin ki, titul qazansaq. Əgər titul qazansaq, Xavinin bizimlə işləməyə davam etməsini istərdim.

SİA-nın əldə etdiyi məlumata görə, “El Desmarque” nəşri bunu Laportadan sitat gətirib.

Xatırladaq ki, Roberto De Zerbi, Yulian Naqelsmann, Tomas Tuxel və Hansi Flick də "Barselona"nın baş məşqçisi postuna namizəd adlanırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə