Azərbaycan güllə atıcıları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Azərbaycan güllə atıcıları Leyli Əliyeva və Vladislav Kalmıkov Almaniyanın Dortmund şəhərində keçirilən “ISAS-2024” beynəlxalq turnirində qızıl medal qazanıblar.

SİA xəbər verir ki, gənclərdən ibarət qarışıq komanda şəklində çıxış edən idmançılarımız 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında fəxri kürsüyə qalxıblar.

Yarışa bu gün yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə