"Oyunun nəticəsi hər birimizi təəssüfləndirdi" - Bəhlul Musatafazadə
"Təbii ki, oyunun nəticəsi hər birimizi təəssüfləndirdi. Oyundan öncə qələbəyə bu qədər yaxınlaşıb lakin məğlub olacağımızı düşünmürdük. Amma digər tərəfdən də özümüzlə fəxr edirik ki, "Bayer04" kimi güclü bir rəqibə qarşı belə bir oyun nümayiş etdirdik. Son ana qədər mübarizə apardıq". Bu sözləri SİA-ya açıqlamasında"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə deyib.
"Ola bilsin ki, oyunun son dəqiqələrində yorğunluq səbəbiylə yaratdığımız qol epizodunu dəyərləndirə bilmədik. Dəyərləndirsək belə, bu bizə qələbə gətirməyəcəkdi",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB