“Qarabağ” “Bayer”ə qarşı 1:0 öndədir - YENİLƏNİR3

“Qarabağ” “Bayer”ə qarşı 1:0 öndədir - YENİLƏNİR3

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında cavab matçında "Qarabağ" hesabı açıb. SİA xəbər verir ki, Azərbaycan çempionu meydan sahiblərini məyus edib.

58-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

"BayArena" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə