“Qarabağ” “Bayer”lə cavab oyununa çıxır - YENİLƏNİR

“Qarabağ” “Bayer”lə cavab oyununa çıxır - YENİLƏNİR

"Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan çempionu 1/8 final mərhələsinin cavab oyununa çıxacaq.

Qurban Qurbanovun yetirmələri Almaniyada yerli “Bayer”in qonağı olacaq. Bakıdakı ilk qarşılaşmada 2:2 hesablı bərabərə qalan ağdamlılar Leverkuzendəki matça ümidli yollanıb.

Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşü ingiltərəli Entoni Teylor idarə edəcək.

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunu

14 mart

00:00. “Bayer” (Almaniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Entoni Teylor

Leverkuzen, “BayArena”

İlk oyun - 2:2

Bütün xəbərlər Facebook səhifəmizdə