“Arsenal” - “Portu” oyununun qalibini penaltilər müəyyənləşdirdi

“Arsenal” - “Portu” oyununun qalibini penaltilər müəyyənləşdirdi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib. SİA xəbər verir ki, qarşılaşma İngiltərədə keçirilib. “Arsenal” Portuqaliyanın “Portu” komandasını sınağa çəkib.

41-ci dəqiqədə “Arsenal”ın heyətində belçikalı vinger Leandro Trossard fərqlənib və oyun bu hesabla başa çatıb - 1:0.

Tərəflər arasındakı birinci görüş “Portu”nun xeyrinə yekunlaşmışdı - 1:0. İki oyunun nəticəsinə (1:1) əsasən, matça 30 dəqiqə əlavə vaxt artırılıb. Təyin olunan əlavə vaxtda da komandalar oyunun taleyini həll edə bilməyiblər.

Penaltilər seriyasında “Arsenal”ın futbolçuları daha dəqiq olublar - 4:2.

Beləliklə, “Arsenal” UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan növbəti klub olub.

Qeyd edək ki, daha əvvəl “Real Madrid”, “Mançester Siti”, PSJ, “Bavariya” və “Barselona” 1/4 finala vəsiqə əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə