Kişi voleybolçuların Yüksək Liqasının əsasnaməsində dəyişiklik edilib

Kişi voleybolçuların Yüksək Liqasının əsasnaməsində dəyişiklik edilib

Azərbaycan Voleybol Federasiyası (AVF) kişi voleybolçuların Yüksək Liqasının əsasnaməsində dəyişiklik edib. Qurumdan SİA-ya verilən məlumata görə, görüşlər əvvəl nəzərdə tutulduğu kimi, dörd deyil, altı dövrə davam edəcək. Daha sonra pley-off oyunları baş tutacaq.

Dəyişikliyə səbəb isə “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının çempionatda çıxışlarını dayandırmasıdır.

Digər komandalar oyunların sayının mövcudluğu ilə bağlı Azərbaycan Voleybol Federasiyasına müraciət edib. Federasiya klubların müraciətini nəzərə alaraq Yüksək Liqada qarşılaşmaların altı dövrədə keçirilməsi barədə qərar qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə