"Atletiko"nun hücumçusu Alvaro Morata karyerasını İtaliya A seriyasında davam etdirə bilər.
SİA Qol.az-a istinadən xəbər verir ki, sabiq klubu "Yuventus" ispaniyalı futbolçunun xidmətində maraqlıdır.
Turin təmsilçisi yayda futbolçunu heyətinə qatmağa çalışır.
Qeyd edək ki, Madrid klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi olan 31 yaşlı futbolçu 2020-2022-ci illərdə "Yuventus"da oynayıb. O, "qoca sinyora"nın heyətində 67 oyuna 20 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB