Parapauerliftinqçilərimiz BƏƏ-də reytinq xarakterli turnirdə iştirak edəcəklər

Parapauerliftinqçilərimiz BƏƏ-də reytinq xarakterli turnirdə iştirak edəcəklər

Azərbaycanın parapauerliftinqçiləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Kubokuna yollanıblar. Milli Paralimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, yarışda ölkəni Pərvin Məmmədov (49 kq) və Ceyhun Mahmudov (54 kq) təmsil edəcək.

Qeyd edək ki, martın 7-də başa çatacaq turnir Paris-2024 Yay Paralimpiya Oyunları üçün reytinq xalı qazandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə