“Beşiktaş” Türkiyə Superliqasında 27-ci tur oyununa çıxıb. SİA xəbər verir ki, komanda səfərdə “İstanbulspor”la qarşılaşıb. Matç “qara qartallar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“İstanbulspor” - “Beşiktaş” - 0:2
Qollar: Kılıçsoy, (23), Muçi, (54)

Bu qələbə ilə xalını 46-ya (27 oyun) çatdıran “Beşiktaş” 4-cü pillədə qərarlaşıb, “İstanbulspor” 12 xalla sonuncu-20-cidir. Turnir cədvəlinə 70 xalla (27 oyun) ”Fənərbaxça” başçılıq edir. Ancaq 69 xalla (26 oyun) 2-ci olan “Qalatasaray” sabah “Antalyaspor”a qalib gəlsə, yenidən liderliyi bərpa edəcək. “Trabzonspor” 46 xalla (27 oyun) 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə